Çaqqal kəllə sümüyü

Yaş: 51 milyon il
Dövr: Eosen
Tapıldığı yer: Qao Xionq, Tayvan

Məlumat:

Bu günə qədər canlı növlərinin ortaq əcdadını göstərən heç bir fosil tapılmamışdır. Canlıların dəyişiklik keçirdiyinə dair fosil qeydlərində heç bir iz yoxdur. Bəs nə üçün darvinistlər nəzəriyyələrində bu qədər israr edirlər? Görəsən, nə üçün canlıları Allah’ın yaratdığına dair bu qədər dəlil var ikən onlar canlıların təkamül keçirdiyini iddia edirlər? Bunun səbəbi ideolojidir. Təkamül nəzəriyyəsini müdafiə etmək materialist və ateist ideologiyalar üçün həyati əhəmiyyət daşıyır.
Darvinistlər təkamül nəzəriyyəsini israrla müdafiə etsələr də, fosillər daima yeni dəlillərlə təkamülü təkzib etməkdə davam edir. Şəkildəki 51 milyon illik çaqqal kəlləsi bu faktlardan biridir. Yan tərəfdəki çaqqal kəlləsi fosilində dişlər açıq-aydın görünür və çaqqalların dövrümüzə qədər heç dəyişmədiyini bizə göstərir. Şəkildəki fosil eynilə pələnglərin, tısbağaların, tülkülərin, vaşaqların, şirlərin, kərgədanların və digər bütün canlılar kimi çaqqalların da heç bir dəyişiklik keçirmədiyini sübut edir.
Elmi kəşflər, fosillər canlıların təkamüllə deyil, bir anda üzə çıxdığını, yəni yaradıldığını göstərir. Fosilləri tədqiq edən hər ağıllı insan bütün canlıların yaradıldığı kimi dəyişmədən qaldığını görəcəkdir. Canlıların heç birinin tarixində təkamülə aid izlər yoxdur. Bütün varlıqların yaradanı, yeganə hakimi uca Rəbbimiz Allah’dır.

Paylaş: