Cırcırama

Yaş: 45 milyon il
Dövr: Eosen
Tapıldığı yer: Baltikyanı bölgə, Yantarni, Rusiya

Məlumat:

Cırcıramalar yuvarlaq iri başı olan, parlaq rəngli, qısa qanadlı, uzun bığcıqlı həşəratlardır. 2 sm boyları var, gündüz qazdığları çuxurlarda gizlənirlər, gecə çuxurlardan çıxıb oxuyurlar. Ancaq erkəkləri ön qanadlarını bir-birinə sürtərək səs çıxarır və dişiləri cəlb edirlər. Şəkildəki kəhrabanın içində təqribən 45 milyon ildən bəri heç pozulmadan qalmış cırcırama (Oecanthidae) görünür.
Bu hə.əratın dövrümüzdəki nümunəsinə baxdıqda tamamilə eyni xüsusiyyətləri daşıdığını görürük. Bu isə bizə minlərlə canlı nümunəsində olduğu kimi, canlıların ilk dəfə yaradıldıqları gündən etibarən eyni xüsusiyyətləri daşıdığını, yəni əsla təkamül keçirmədiklərini sübut edir.

Paylaş: