SÖLEKANT (Latimeriya)
Məlumat:
Sölekant (Coelacanth) təkamül nəzəriyyəsini çıxılmaz vəziyyətdə qoyan 400 milyon illik balıqdır. Sölekant-ın 400 milyon il ərzində heç bir dəyişikliyə məruz qalmaması və 400 milyon illik dövrdə baş vermiş qitə hərəkətlərinə, iqlim dəyişikliklərinə, ətraf mühit şərtlərinə baxmayaraq, quruluşunu qoruması təkamülçüləri tamamilə çarəsiz qoymuşdur. Sölekant canlıların təkamül yolu ilə meydana gəldiyini və canlılarda davamlı təkamül prosesi baş verdiyini təkzib edir. Şəkildəki sölekant fosili iki hissədən ibarətdir. Bu cür fosillərdə canlının izi daşın hər iki tərəfində də neqativ və pozitiv çıxır. Sölekant uzunluğu təqribən 150 sm olan, bütün gövdəsini örtən zirehəbənzər qalın pulcuqlu, iri balıqdır. Sümüklü balıqlar (Osteichthyes) sinfinə daxildir və fosillərinə ilk dəfə Devon dövrünə aid təbəqələrdə rast gəlinmişdir. 1938-ci ilə qədər bir çox təkamülçü zooloq bu canlının gövdəsindəki iki cüt üzgəclə dənizin dibində yeridiyini və sölekant-ın suda-quruda yaşayan canlılar arasında ara-keçid forma olduğunu fərz edirdi. Təkamülçülər əllərindəki sölekant fosillərinin üzgəclərinin sümüklü quruluşunu bu iddialara əsas göstərirdi. Ancaq 1938-ci ildə baş verən bir hadisə bu ara-növ iddiasını tamamilə çürütdü. Cənubi Afrika Respublikası sahillərində canlı sölekant tutuldu! Üstəlik, ən az 70 milyon il əvvəl nəslinin kəsildiyi hesab edilən bu canlı üzərində aparılan təhlillər sölekant-ların 400 milyon il boyu heç bir dəyişikliyə məruz qalmadıqlarını göstərirdi.
Fosil No: SF0024-25
Yaş: 240 milyon il
Dövr: Trias
Tapıldığı yer: Ambilob, Madaqaskar