Göbələk
Məlumat:
Yuxarıda şəklini gördüyünüz içində göbələk olan bu kəhrəba keçmiş adıyla Birma olan Myanmanın Hukavnq vadisindəki filiz mədənlərində tapılmışdır. Bu kəhrəbanın ən əsas xüsusiyyəti yaşıdır. 100 milyon il yaşı olan bu kəhrəba dünyanın ən qədim göbələk fosilidir. Bu göbələk fosili də digər bütün fosillər kimi çox mühüm həqiqəti göstərir: canlılar milyon illərdir heç bir dəyişikliyə məruz qalmayıb, yəni təkamül keçirməyiblər. Darvinistlərin iddialarını sübut edən bircə ara-keçid fosil də yoxdur.
Göbələklər əsasən bitki hesab edilirlər, halbuki onlar öz qidalarını hazırlaya bilmirlər və başqa canlılardakı maddələrlə qidalanırlar.
Yer üzündə 1.5 milyona yaxın göbələk növü olduğu düşünülür, ancaq dövrümüzdə ancaq 69.000 növü müəyyən edilmişdir.
Göbələklər bitki və heyvan qalıqlarını çürüdərək elementlərin torpağa qarışmasını təmin etdiklərinə görə böyük əhəmiyyət kəsb edirlər. Karbondioksid hasil edən göbələklər torpağın quruluşunu bitkilər üçün humuslaşdırırlar. Göbələklər 100 milyon il əvvəl də bu mühüm faydaları var idi, indi yaşayan göbələklər də eyni xüsusiyyətlərə malikdirlər və bir çox faydaları var. Əlbəttə, bu xüsusiyyətləri təkamül nəticəsində əldə etməyiblər. İlk andan etibarən bu xüsusiyyətlərlə yaradılıblar.
Yaş: 100 milyon il
Dövr: Təbaşir
Tapıldığı yer: Myanma