Dələ kəlləsi

Yaş: 36 milyon il
Dövr: Oliqosen
Tapıldığı yer: Si Çuan, Çin

Məlumat:

Darvinizmə əsasən, fosilləri tapılmış kəllə sümükləri və digər qalıqlar dövrümüzdəki canlılardan çox fərqli olmalı idi. Fosil qeydlərində bütün canlıların təkamül keçirməkdə olan formaları ilə qarşılaşmalı, məsələn, yarıbalıq-yarısürünən, yarısürünən-yarıməməli bir çox canlının izi tapılmalı idi. Dövrümüzdə yaşayan dələ ilə eyni deyil, dələyə bənzəyən, ancaq hələ dələyə çevrilməmiş qəribə varlıqların fosilləri tapılmalı idi. Məsələn, tapılan dələ kəlləsi fosillərində 3 göz çuxuru, burun çuxuru hələ formalaşmamış, çənəsi alnında, qəribə canlı qalıqlarına rast gəlinməli idi. Ancaq çıxarılan bütün dələ fosilləri tamamilə dövrümüzdəki dələlərin anatomik xüsusiyyətlərini daşıyır. Bu da dələlərin mövcud olduqları ilk andan etibarən heç dəyişmədiklərini, yəni yaradıldıqlarını üzə çıxarır.
Darvinistlərin iddialarını sübut edən bircə dəlilləri də yoxdur. Təkamülün bu dəlilsizliyinə qarşı yaradılışın sübutları mütəmadi artır. Bunlardan biri də sol tərəfdə görünən 36 milyon illik dələ kəlləsi fosilidir.
Bütün dələ fosilləri tamdır və milyon illərdir bu heyvanların eyni dişlərə, kəllə və bədən quruluşuna malik olduğunu, yəni təkamül keçirmədiyini göstərir.

Paylaş: